Müğənni Yaşar Cəlilov “Son zəng” gününü qeyd etdi
30 May 2014 16:56 MədəniyyətMüğənni Yaşar Cəlilov "Son zəng" gününü qeyd edib. O, "OLAYLAR"a bildirib ki, Mərdəkan qəsəbəsindəki 183 saylı orta məktəbin rəhbərliyi və müəllim müəllim heyətinin dəvəti təhsil ocağının qonağı olub. Y. Cəlilov təəsüratlarını da bölüşüb: "Son zənglə bağlı xatirələrim yoxdur. Çünki son zəmg günü dostumla Gəncəyə getdik. Orda onun bacısının toyu idi. Bir həftə də Gəncədə qaldım. Məktəb yoldaşlarımın çoxu maraqsız idi deyə toyu son zəngdən üstün tutdum. Amma bu gün onların hər biri üçün darıxıram".
Yaşar 183 saylı orta məktəbin "Son zəng" tədbirində "Olarmı?" və "Qonşu" mahnılarını ifa edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31