“Nostalji” hazırdı

Tural Bakuvi yeni kompozisiyasını təqdim edib

Bəstəkar Tural Bakuvi "Nostalji" adlı yeni instrumental kompozisiyasını təqdim edib. Bəstəkarın "OLAYLAR"a verdiyi məlumata görə, bu dəfə əvvəlki kompozisiyalardan tam fərqli bir formalı, retro-romantik Avropa kompozisiyalarını xatırladan bir kompozisiya ortaya çıxıb. Saksafon-Gitara dueti üzərində qurulmuş kompozisiyanın saksafon partiyaları Fərid Ağayevə, gitara partiyaları Ramal Rəsula, orkestr partiyası isə İsmayıl Əlizadəyə aiddir. Aranjeman və səsləndirilmə işlərini də Ramal Rəsul həyata keçirib. Bu arada, qeyd edim ki, R.Rəsul bu kompozisiyada öz ənənəsindən fərqli olaraq caz üslublu improvizasiya ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31