Demet Akalının sözləri Acunu hirsləndirəcək
29 May 2014 20:00 MədəniyyətMilyonlarla insan tərəfindən izlənən "Survivor"un daimi tamaşaçısı, müğənni Demet Akalın yarışmadan təklif gəlsə, qəbul etməyəcəyini deyib.
Axşam.az "Milliyət"ə istinadən xəbər verir ki, müğənni mətbuata açıqlamasında "orda həm siyasətçi, həm də davakar olmalısan. Mən o qədər ac qalıb pozitiv ola bilmərəm. "Survivor"a gedəcək qədər tükənmədim. Oradakılar elə də məşhur simalar deyil, tanış üzlərdir. Yarışma yalnız Özgə Ulusoya düşərli oldu. "Survivor"u Turabi və ya Mərvənin qazanmağını istəyirəm" deyib.
Demet Akalının bu açıqlamasının layihənin rəhbəri və aparıcısı Acun İlıcalını hirsləndirəcəyi iddia olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31