Gülbən Ərgən sevgilisinin valideynləri ilə tanış olub
29 May 2014 20:11 MədəniyyətTürk müğənnisi Gülbən Ərgənin "Show TV" xəbər departamentinin müdiri və "Habertürk TV"nin baş yayım rejissoru Erhan Çeliklə görüşdüyü barədə xəbərlər yayılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi mayın 10-da - analar günündən bir gün qabaq Çeliyin ana-atasının evinə gedərək onların əlini öpüb.
Tanınmamaq üçün başını bağlayıb eynək taxan G.Ərgən iki saata yaxın orda qalıb.
Qeyd edək ki, ikilinin sevgi münasibəti haqqında şayiələr Gülbən Ərgənin "ShowTV" kanalında veriliş hazırlamaq üçün danışıqlar apardığı dövrdə çıxmışdı. Həmin vaxt Erhan Çelik Tvitterdəki səhifəsində şayiələrin əsassız olduğunu yazmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31