Hadisə:"Dəli olaram!"

Azərbaycandan qayıdandan sonra qardaş ölkə ilə yanaşı öz mətbuatımızın da diqqət mərkəzində olan türk müğənni Hadisə mətbuata maraqlı açıqlamalar verib. İfası ilə yanaşı cazibədar rəqsləri ilə də tamaşaçıları heyran qoyan sənətçi qarşı cinsin nümayəndəsi ilə bağlı gözləntilərindən danışıb. Hadisə seçəcəyi bəyin onun pulu ilə yaşamasını istəmədiyini deyib. Əgər belə bir hadisə ilə rastlaşsa həmin şəxsə qapını göstərəcəyini vurğulayıb: 

"Sevgilim mənə rəqs etmə, mini geyinmə deyə bilməz. Dəli olaram! Deyim ki, qarşı tərəfdən gözləntilərim çox böyükdür. Bunların heç biri madddiyyatla bağlı deyil. Anam həmişə "öz ayaqların üstündə dayan, sevdiyin adamla evlən" deyir mənə. Çox şükür özüm öz pulumu qazanıram və heç bir kişiyə "pul mənbəyi" gözüylə baxmaram. Yanımda olacaq kişi də çox işləməlidir, pulunu qazanmalıdır. Həm də həmin adam sadə, komplekssiz olmalıdır. Bir az qısqanc ola bilər, ama səhnədə mənim işimə qarışa bilməz. Buna yol vermərəm. Çünki səhnə mənim həyatımdır. Həyatımda məni narahat edəcək birinin olmağındansa, heç olmasa daha yaxşıdır". 

28 yaşlı müğənni əgər istəsə hətta 45 yaşında belə uşaq dünyaya gətirəcəyini deyib. Hal-hazırda isə həyatında heç kimin olmadığını dilə gətirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31