Sultan Süleymanın “Hürrəm”i başqası ilə sevişdi

“Karadayı” serialının 72-ci bölümü sevişmə səhnəsi ilə yadda qalıb

 Azərbaycanda da kifayət qədər tamaşaçısı olan Türkiyənin "Karadayı" serialının son bölümü sosial şəbəkədə səs-küy yaradıb.ANS PRESS-in məlumatına görə, baş rollarını tanınmış aktyor Kenan İmirzalıoğlu (Mahir Kara) və məşhur aktrisa Bergüzar Korelin (Feridə xanım) oynadığı serialın 72-ci bölümü sevişmə səhnəsi ilə yadda qalıb. Əsas rol ifaçılarının bu yaxınlığı sosial şəbəkədə müzakirə mövzusu olub."Muhteşem Yüzyıl" serialında Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ergençlə evli olan Bergüzar Korel ərinin obraz olaraq qadınlarla əlaqəsini qısqanmadığını bildirmək üçün müsahibələrinin birində onun "Hürrəmi də, hərəmi də mənəm" demişdi.Qeyd edək ki, Azərbaycan tamaşaçısı Kenan İmirzalıoğlunu "Deli Yürek", Bergüzar Koreli isə "Min bir gecə" serialında oynadığı rolla tanıyıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31