"YetenekSizsiniz"in münsifləri dəyişir

Türkiyə televiziyasında bir neçə uğurlu layihəyə imza atmış Acun Ilıcalının "YetenekSizsiniz" şousunda münsiflər heyətinin tərkibi dəyişəcək. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümdə futbolçu Sergen Yalçını aktyor Eser Yenenlerlə əvəzləyən aparıcı daha bir münsifi dəyişməyə hazırlaşır. İddialara görə, "O Səs Türkiyə"nin daimi münsifi, popçu Murad Boz "YetenekSizsiniz"ə transfer olacaq. Qeyd edək ki, adıçəkilən proqram  yeni mövsümdən  A.Ilıcalının sahibi olduğu "TV8" kanalında yayımlanacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31