Patrisia Kaas Bakıdakı otel otağına 36 dəsmal istədi
Paytaxtda yerləşən otellərdən birində məskunlaşacaq ifaçı gəlməzdən öncə kaprizlərini göstərib
27 May 2014 17:56 Mədəniyyətİki gün sonra Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış etməyə hazırlaşan fransalı müğənni Patrisiya Kaas bu gün Bakıya ayaq basacaq.
Axşam saatlarında Heydər Əliyev adına Hava Limanına enəcək müğənni Bakını gəzmək üçün konsertindən iki gün öncə paytaxta gəlməyə qərar verib.
Bakıda yerləşən otellərdən birində məskunlaşacaq ifaçı gəlməzdən öncə kaprizlərini göstərib.
Belə ki, müğənni əvvəl yerli jurnalistlərin qarşısına çıxaraq onların suallarını cavablandırmağa razılaşsa da sonradan fikrindən daşınıb.
Konsertin piar meneceri Türkan Məmmədlinin dediyinə görə Patrisianın daha bir qəribə tələbi var. O, otel otağına 36 ədəd dəsmal sifariş verib. ans