Kölndə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib
26 May 2014 12:25 MədəniyyətAlmaniyanın Köln şəhərində "Mədəniyyətlərarası musiqi körpüləri: Almaniya-Azərbaycan" adlı konsert proqramı təşkil olunub. DİDK-dən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təşkilati yardımı ilə baş tutub. Almanların Azərbaycanda məskunlaşmasının 195-ci ildönümünə həsr edilən konsert Köln şəhərinin qədim tarixi abidəsi olan Müqəddəs Pantaleon kilsəsində keçirilib. Tədbiri Alman-Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli giriş sözü ilə açaraq almanların Azərbaycanda məskunlaşması tarixindən danışıb, müasir Azərbaycanda bu tarixin qorunub saxlanmasından, həmçinin Azərbaycandakı inkişafdan da söz açıb. O, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermən işğalçılrı tərəfindən zəbt olunması və bir milyon qaçqının vəziyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova bu konserti alman və Azərbaycan xalqları arasında olan tarixi əlaqələrin davamı kimi dəyərləndirib, iki ölkə arasında mədəni dialoqun önəmli olduğunu vurğulayıb.