Məryəm Üzərlidən sürpriz qərar

Aktrisa uşağını İstanbula gətirəcək

 Türk əslli almaniyalı aktrisa Məryəm Üzərli sürpriz bir qərarla çıxış edib. ANS PRESS-in məlumatına görə, aktrisa qızı ilə birlikdə İstanbula gələcəyini deyib.Bildirilir ki, bəzi tanışları Üzərliyə zəng vuraraq qızının üzünü nə vaxt göstərəcəyini soruşub.Aktrisa isə bunu İstanbula saxladığını, iyulda Türkiyəyə gələcəyini bildirib.Xatırladaq ki, Türkiyədə "Muhteşem Yüzyıl" serialında Hürrəm sultan obrazını canlandıran Üzerli rejissor Can Ateşle sevgi həyatı yaşamış və bu münasibət nəticəsində hamilə qalmışdı. Sevgilisi Ateşdən ayrılan Məryəm Üzərli Almaniyaya gedərək körpəsini bu ölkədə dünyaya gətirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31