Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə muzeylərə açıq giriş olacaq
23 May 2014 16:57 MədəniyyətBP şirkətinin sponsorluğu çərçivəsində Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Şirvanşahlar Sarayı Kompleksinə və Qız Qalasına sərbəst giriş kampaniyası keçirilir. Muzeylər və BP şirkəti məktəbliləri, tələbələri və bütün Bakı sakinlərini və qonaqları mayın 26-dan iyunun 1-dək keçiriləcək sərbəst giriş günlərindən faydalanmağa dəvət edir. Bundan əlavə, 7-günlük sərbəst giriş kampaniyası ərzində bu muzeylərdə həmçinin bələdçi ilə turlar da təşkil olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31