İddialı açıqlamaları ilə şou-biznesə gələn Gül - FOTO VIDEO

"Yeni ulduz" yarışmasından tanınan müğənni Gül Xanlarova maraqlı açıqlamalar verib. OLAYLARaz-a açıqlama verən müğənni bildirib ki, onun şou-biznesə gəlişi bir çoxlarını narahat edib: "Neçə illərdir ki, musiqi ilə məşğulam. Repertuarıma yeni mahnılar daxil etmişəm. Onların arasında tanınmış bəstəkarların mahnıları ilə yanaşı gənc bəstəkarların mahnıları da var. Şou-biznes aləmi çox çətin yerdir. Burda baş çıxarmaq hər kəsin işi deyil. Amma mən bu sahədə sözümü deməyə, daha da tanınmağıma iddialıyam". Gül daha sonra bu gün təqdim etdiyi "Gəl yanıma" adlı klipindən söz açıb: "Bu gün yeni klipimi təqdim etdim. Düşünürəm ki, ekran işi bəyəniləcək. Mahnın söz musiqisi Nihad Cannara məxsusdur. Klipi isə Pənah

Qeyd edək ki, "Gəl yanıma" adlı klipin rejissoru Pənah Eldara, aranjemanı isə Cavid Şirinova məxsusdur. İdeya müəllifi İslam Ağa, operator Tacəddin Asifoğlu, montajı isə Sənan Səfərov edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31