Almaniya-Azərbaycan mədəni əlaqələrinin 195 illiyi qeyd olunacaq
23 May 2014 13:14 MədəniyyətAlman Azərbaycan Mədəniyət Evi, Almaniyada yaşayan Azərbaycanliların Koordinasiya mərkəzi ilə birgə ''Mədəniyyətlər arasında musiqi körpüsü'' adlı tədbir keçirəcək. Alman-Azərbaycan Mədəniyyət Evindən "OLAYLAR"-a bildirilib ki, mayın 24-də baş tutacaq tədbir Köln şəhərində yerləşən St.Pantaloeon kilsəsində olacaq. Tədbir Almaniya və Azərbaycan arasındaki mədəni əlaqələrin 195 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti professor Rəna İsmayılova və xanım Maylanderin ifasında Alman və Azərbaycan musiqiləri ifa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31