Ən məşhur serialın final tarixi bəlli oldu
Bir necə illdir davam edən serial iyunun 11-də vida edəcək
22 May 2014 20:24 MədəniyyətAzərbaycanda böyük tamaşaçı kütləsinə malik "Muhteşem Yüzyıl"ın final tarixi bəlli olub. 3 həftədən sonra bitəcək. Son mövsümdə şahzadə Mustafa, Hürrəm Sultan, Şahzadə Cahangir kimi faciəli ölümlərin yaşadığı serial vidaya hazırlaşır. Serialın son - 139-cu seriyası 2014-cü il 11 iyun tarixində yayımlanacaq.
Böyük final üçün heyət gərgin iş qrafiqinə başlayıb. Son seriyalarda iki şahzadə - Bəyazıt və Səlim taxt uğrunda mübarizə aparacaq. Bəyazıt savaşdan sonra İrana sığınacaq. Sonra isə anlaşma əsasında Osmanlı imperiyasına qaytarılacaq və faciəli şəkildə öləcək. Sultan Süleyman səfərlərindən birində öləcək. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31