Tural Bakuvinin "Nostalji"si
İnstrumental kompozisiya yekunlaşmaq üzrədir
22 May 2014 18:22 MədəniyyətGənc bəstəkar Tural Bakuvi rejissorAdil Azayın 15-ci əsr dahi Azərbaycan sufi alimi, filosof Seyyid Yahya Bakuvi haqqında çəkdiyi sənədli filmin musiqiləri üzərində işləyir. "OLAYLAR"a açıqlamasında bəstəkar deyib ki, yekunlaşmaq üzrə olan layihənin aranjeman işlərini Ramal Rəsul görür: "Eyni zamanda daha 2 teleserialın musiqi işlərinə artıq demək olar ki başlamışıq. Qeyd edim ki, ANS TV-də yayımlanan, Zabir Əliyevin aparıcısı olduğu "Əslində Mən" və bir neçə başqa verilişlərin də musiqiləri mənə aiddir. Mahnı və instrumental kompozisiya işlərim də təbii ki davam etməkdədir. Bu yaxınlarda ATV Maqazin aparıcısı Vüqar Kamiloğlu və Ramal Rəsulun ifasında "Ay Qız", Elvin Abbasovun ötən günlərdə klipini təqdim etdiyi "Sən gedəndən", və sair kimi işıq üzü görən mahnılarla yanaşı, artıq bir neçə gün sonra gənc ifaçı Orxan Babazadənin, Ramal Rəsulun və başqa bir neçə istedadlı müğənnilərin və qrupların ifasında yeni mahnılarımız səslənəcək. Bundan əlavə Flora xanım Kərimova ilə 3 yeni mahnı üzərində, Zaur Əmiraslanov və Rövşən Civişov ilə ikinci, Nurlan Əzizbəyli ilə isə ilk mahnımızı işləməkdəyik. Bütün bu mahnıların sözləri və musiqisi mənə, aranjimanı Ramal Rəsula aiddir. Bununla yanaşı "Nostalji" adlı yeni instrumental Kompozisiyamın işləri də yekunlaşmaq üzrədir. İndiyə qədər təqdim etdiyim kompozisiyalardan daha fərqli ab-havada olan bu kompozisiya əsasən saksofon və gitara ifası üzərində qurulub. Kompozisiyanın Saksofonu ifası Fərid Ağayevə, gitara ifası isə Ramal Rəsula aiddir". OLAYLAR