Əbədiyyət şairi Füzuli
22 May 2014 17:24 MədəniyyətOrta əsr Azərbaycan ədəbiyyatında divan janrının ən möhtəşəm nümayəndələrindən biri Məhəmməd Füzuli olmuşdur. 400 illik yubileyi dünya səviyyəsində qeyd olunan dahi mütəfəkkirimizin bu il 450 ili tamam olur. Bu münasibətlə Sabunçu rayon MKS-nin 6 saylı filialında "Əbədiyyət şairi-Füzuli" adlı tədbir keçirilmiş, eyniadlı sərgi nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mehtiyeva Ramilə açaraq gələn qonaqları salamlamışdır. O, tədbirin məqsədini açıqlayaraq, 450 il keçsə də Füzuli yaradıcılığının bu gün də öz mövzu aktuallığını itirmədiyini vurğulamışdır. Mütəfəkkirin 40 illik yaradıcılığı hər zaman şərqşünasların diqqət mərkəzində olmuş, rəssam, heykəltaraş və bəstəkarlar üçün mənbə rolunu oynamışdır. Ü. Hacıbəyov, C. Cahangirov, S. Ələsgərov kimi bəstəkarlar onun yaradıcılığından bəhrələnərək gözəl nümunələr yaratmışlar. Tədbir Füzuli yaradıcılığına həsr olunmuş slaydın nümayişi ilə başladı. Daha sonra söz 108 saylı orta məktəbin 8c və 6a sinif şagirdlərinə verildi. Onlar tədbiri Füzuli yaradıcılığının gözəl nümunələri ilə davam etdirmiş, "Meyvələrin söhbəti", "Leyli və Məcnun" poemasından səhnəciklər göstərmiş, alleqorik şerlər söyləmişlər. Muğam ifaçısı "Cani canan diləmiş, verməmək olmaz, ey dil!" qəzəlini tar və kamançanın müşayiəti ilə muğam altında ifa etmişdir. Tədbir sonda Şövkət Ələkbərovanın ifasında "Füzuli kantatası"nın nümayişi ilə sona çatmışdır. Tədbirə kitabxana kollektivi tərəfindən qonaqlar dəvət olunmuşdur ki, onlardan Füzulişünas alim Vaqif müəllimi, 108 saylı orta məktəbin direktoru Narınc xanım, həmin məktəbin ədəbiyat müəllimlərini, Maştağa qəsəbə Mədəniyyət Evinin direktoru, metodistini, Sabunçu rayon MKS-nin kitabişləmə şöbəsinin işçilərini, MKS-in 4, 8, 9 saylı filiallarının müdirləri və qəsəbənin bir neçə ziyalısı iştirak edirdi. Daha sonra söz Füzulişünas alim Vaqif müəllimə verilmişdir. Çıxışı zamanı o, kiçik məktəblilərin bu hazırlığını yüksək qiymətləndimiş, Füzuli yaradıcılığının bəzi incə məqamlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Çıxış üçün növbəti söz 108 saylı orta məktəbin direktoru Narınc xanıma verilmiş, o da öz növbəsində şagirdlərin hazırlığını layiqincə qiymətləndirmiş, tədbiri hazırlayan həmin məktəbin Ədəbiyyat müəllimi Şəhla Qulamovaya öz təşəkkürünü bildirmişdir. Çıxışı MKS-nin 9 saylı filialının müdiri Firəngiz Salmanova davam etdirmiş, daha sonra tədbirdə iştirak edən bir neçə qonağa da çıxış üçün söz verilmişdir. OLIAYLAR