Azərbaycanın tanınmış bəstəkarı zəhərlənib
21 May 2014 19:06 MədəniyyətƏməkdar incəsənət xadimi, balacaların sevimlisi Oqtay Zülfüqarov Milli.Az-a açıqlamasında belə deyib. O, qanının zəhərləndiyini söyləyib: "Böyrəklərimin heç biri öz fəaliyyətini görə bilmədiyi üçün qanım zəhərlənib. Bu səbəbdən artıq bir neçə dəfədir ki, qanımı təmizlətmək üçün "Semaşko"ya getmişəm". Əməkdar incəsənət xadimi əməliyyata getməyəcəyini deyir: "Əməliyyat eləmək fikrim yoxdur. Artıq çox qocayam, 85 yaşım var. Bu yaşda əməliyyat nəyimə lazımdır? Harada qaldım, orada da qırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31