Ancelina Coli: "Bred mənim sevgim, ailəmdir"
21 May 2014 20:20 MədəniyyətHollivud ulduzu Ancelina Coli yenə həmkarı və həyat yoldaşı Bred Pitlə birlikdə kamera qarşısına keçməyə hazırlaşır. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bunu bir neçə gün əvvəl iştirak etdiyi "Extra TV" şousunda deyib. Təzə layihənin hər ikisi üçün böyük təcrübə olacağını bildirən Coli süjeti danışmaqdan imtina edib. Həmçinin aktrisa həyat yoldaşını bütün şou boyu tərifləməyi ilə yadda qalıb. O, "Bred mənim sevgim, ailəmdir. Bütün cütlüklər kimi bizim də problemlərimiz olur, amma onların öhdəsindən gələ bilirik. Çünki ürəyimizdə əsl sevgi var. Mən Bredlə vaxt keçirməyi, onunla birlikdə uşaqlarla məşğul olmağı, dincəlməyi, işləməyi sevirəm" deyə etiraflar edib.
Xatırladaq ki, cütlük bundan əvvəl "Mister və Missis Smit" filmində birlikdə çəkilib.