Hadisənin Gəncədəki daha bir istəyi türk mediasında VIDEO
Türk mətbuatı hələ də Hadisənin Gəncə sərgüzəştlərindən yazır
21 May 2014 12:58 MədəniyyətTürk sənətçisi Hadisənin Gəncə konserti hələ də dillərdə dastandır. Hadisənin Gəncəyə gəlmək üçün tələb etdiği "təvazökar" istəklərinin Azərbaycan mətbuatında yer almasını xəbər almasından və ona ödənilən məbləğin hər kəsi şoka salmasından yazdılar.
Məşhur popçunun azərbaycanlı heyranları ilə görüşməyin nəyin bahasına başa gəlməsindən artıq xəbərimiz var. Türklər isə onun kaprizlərindən də yazıblar. Sən demə Hadisə aldığı qonorardan savayı tələbləri də ucuz olmayıb. 30 nəfərlik heyətilə Azərbaycana gələn müğənni 5 ulduzlu bir oteldə qonaq edilməsini istəyib. Düzdür, bu istək normaldır. Amma onun Türkiyə mətbuatından oxuduğumuz digər tələbi isə bizi ikinci dəfə şoka saldı. Hadisə 30 nəfərlik heyəti ilə birlikdə Gəncəni gəzmək və bu gəzintidə onları rəhbər vəzifəli şəxslərdən birinin müşayiət etməsi olub. ans