"Yersiz verilişlərə çox çıxmaq nəyə lazımdır" - o, efirdən gedir
20 May 2014 20:04 MədəniyyətƏməkdar artist Elza Seyidcahan son vaxtlar gündəmdən uzaqlaşıb. Müğənni qalmaqallardan, yersiz söz-söhbətlərdən yorulduğunu deyib:
"Bir az evdə oturmaq istəyirəm. Vaxtımı ailəmə, yaradıcılığıma sərf edəcəm. Gündəmdə olmamaq məni narahat etmir. On il də efirə çıxmasam, unudulmayacam. Çünki Elza Seyidcahan sözünü demiş bir ifaçıdır. Hərdən geri çəkilib, sırf yaradıcılıqla məşğul olmalıyıq. Yersiz verilişlərə çox çıxmaq nəyə lazımdır? Bunlar mənə yaraşmaz. Dövlət tədbirlərində, önəmli məclislərdə çıxış edirəm, kifayətdir. Bu sözüm bir neçə sənətkara da aiddir. Bütün günü efirdə olan sənətkarlar var ki, onlar da bir az geri çəkilsələr, yaxşı olar. Mənim üçün darıxan pərəstişkarlarım isə sosial şəbəkədən izləsinlər". Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31