Orlando Blum təzə sevgilisi ilə göründü

Bir müddət əvvəl model Miranda Kerrlə boşanan 37 yaşlı Hollivud ulduzu Orlando Blum fransız aktrisası Nora Arnezederlə münasibətini artıq gizlətmir. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ikilinin görüşdüyü barədə xəbərlər yanvar ayında yayılsa da, heç biri bunu təsdiqləməmişdi. O.Blumla Nora ilk dəfə birlikdə mayın 18-də Londonda görüntülənib. Paparassilərin addımbaaddım izlədiyi sevgililər əl-ələ tutaraq elit restoranlardan birinə giriblər. Restoranın həyətindəki kolluqlarda gizlənmiş fotoqrafın kamerasına gülümsəyən cütlük yeməkdən sonra kinoteatra yollanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31