Kameron Dias təzə eşqə düşüb

Amerikalı aktrisa Kameron Dias "Good Charlotte" qrupunun solisti Benci Meddenlə görüşür.  Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı Diasla 35 yaşlı Medden artıq bir neçə dəfə birlikdə obyektivlərə hədəf olublar.  Bu yaxınlarda isə cütlük yazıçı Vikki Vlaçonisin yeni kitabının işıq üzü görməsi münasibətilə verilən ziyafətə bir yerdə gəlib.  

Aktrisanın yaxınlarının dediyinə görə, onların münasibəti bir ay əvvəl başlayıb. Birgə yaxşı vaxt keçirsələr də, nə Kameron, nə də Benci tələsmək istəmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31