Diplomatlar üçün infotur
19 May 2014 12:30 MədəniyyətMayın 20-21-i Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün infoturlar təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, infotur Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarında keçirəcək.
İki gün davam edəcək infoturda səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi, adət və ənənələri ilə tanış olacaqlar.
Qeyd edək ki, Azərbaycanın turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31