Nikol Kidman uşağını surroqat ananın doğmasını istəyir
16 May 2014 19:59 MədəniyyətHollivud aktrisası Nikol Kidman yenə uşaq sahibi olmaq istəyir. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar aktrisanın həyatında qara zolaq başlayıb. Yaxınlarının dediyinə görə, Nikolun, həyat yoldaşı, kantri ifaçısı Kit Urbanla münasibətlərində problemlər yaranıb. Vaxt çatışmazlığı ucbatından cütlük gec-gec görüşür. Üstəlik N.Kidmanın son çəkildiyi "Monako şahzadəsi" filmi uğursuz alınıb.
Mənbələrin məlumatına görə, 46 yaşlı aktrisa dostları ilə görüşlərini tez-tez təxirə salır, cəmiyyət içində daim gülümsəsə də, evdə qaşqabaqlı olur, çox vaxt sadəcə uzanıb ağlayır.
Kidman əmindir ki, daha bir uşaq nigahını xilas edəcək. Lakin aktrisa onu surroqat ananın dünyaya gətirməyini istəyir.
Xatırladaq ki, Nikolla Kit Urbanın Sandey adlı beş yaşlı qızları və Feyt adlı üç yaşlı oğulları var. Sandeyi Nikol özü dünyaya gətirib, Feyti isə surroqat ana daşıyıb.