GİN-in sifarişi ilə tamaşa hazırlanıb

Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Günahsız günahkarlar" adlı tamaşa hazırlanıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tamaşa müasir dövrün qlobal problemlərindən biri olan insan alveri ilə mübarizəyə həsr olunub. Premyerası 19 may tarixində, Gənc Tamaşaçılar Teatrında keçiriləcək tamaşa gənclər arasında məşhur olan "mafiya" oyunu üzərində qurulub. Gənclər yığışıb "mafiya" oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.  Əsərin ssenari müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31