Yeni ədəbiyyatların sərgisi keçirilir

AMEA  Mərkəzi Elmi Kitabxanasına  müxtəlif elm sahələri üzrə əsasən tarix və ədəbiyyatşünaslığa dair əsərlərin üstünlük təşkil etdiyi 500-dən çox monoqrafiya, əsərlər külliyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və s. daxil olub. Sərgidə "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" çoxcildliyinin elmi-biblioqrafik göstəricisinin 2 cildliyi, Əbdürrəhman bin Nasirin 7 cilddən ibarət Əs-Səədi "Müqəddəs Quran təfsiri", Mir Cəlalın əsərlərinin 5 cildliyi, Gülşən Əliyeva-Kəngərlinin "Sufizm", "Quba-Şabran folklor örnəkləri", Xəlil Rza Ulutürkün "Məqsud Şeyxzadə və Azərbaycan dəftəri" və digər müəlliflərin əsərləri, o cümlədən bir çox monoqrafiya və ədəbiyyatşünaslığın müxtəlif sahələrinə dair digər nəşrlər nümayiş olunub. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və s. elm sahələrindən bəhs edən nəşrlər öz əksini tapıb.

Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və ingilis dillərindədir.

Sərgi may ayının sonunadək davam edəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31