“Quba-Şabran folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb
14 May 2014 17:49 MədəniyyətAMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə "Quba-Şabran folklor örnəkləri" kitabının I cildi işıq üzü görüb.
Kitaba Azərbaycanın qədim tarixə malik bölgələrindən olan Quba-Şabran ərazisindən (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından) toplanmış folklor örnəkləri daxil edilib.
Nəşrdə ovsunlar, toy adətləri, alqışlar, qarğışlar, inanclar, yuxuyozmalar, atalar sözləri, bayatılar, laylalar, rəvayətlər, lətifələr, qaravəlli, dastanlar, aşıq şeirləri və s. kimi folklor nümunələri təqdim olunur. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31