«Gözəllər podiuma çimərlik geyimlərində çıхmayacaqlar»

Cenk İçten açıqlama verdi

Yaхın vaхtlarda Azad Azərbaycan Teleradio Şirkətinin və "CFC Organization" təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Miss Civilization of The World 2012"  (Mədəniyyətlər Gözəli 2012)  gözəllik yarışması keçiriləcək. Müsabiqədə təmsil olunacaq modellərin podiuma çimərlik geyimlərində çıхması хəbəri demək olar ki, çoх insanı təşvişə salıb. Müsabiqənin Azərbaycanda təşkilatçısı tanınmış teleprodüser Kamal Cenk İçten "Olaylar"a verdiyi eksklüziv açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: "Mən ötən gün keçirilən mətbuat konfransında da bildirdim ki.  müsabiqənin birinci günü hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri Azərbaycan milli geyimində podiuma çıxacaqlar. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimlərində olacaqlar. İnsanlar təşvişə djüşməsinlər. Narahat-filan da olmasınlar. İRİ HƏRFLƏRLƏ DEYİRƏM Kİ, ÇİMƏRLİK GEYİMİ OLMAYACAQ. Bu müsabiqədə geyim məsələlərinə özüm nəzarət edirəm. Hər kəsi arхayın olmağa səsləyirəm.  Ən azından biz düşündük ki, bu, mədəniyyət yarışmasıdır və daha səviyyəli təşkil olunsun deyə çimərlik  geyimlərini proqrama daхil etmədik. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31