"Əsl sevənlər üçün ilin 365 günü"
14 May 2014 20:42 MədəniyyətAilem.az-ın "O..." rubrikasının növbəti qonağı tanınmış şoumen, teleaparıcı Murad Dadaşovdur. Rubrikada suallarımızla "O..."nun həyata baxışına, dünya görüşünə, təfəkkürünə, seçimlərinə işıq tutmağa çalışacağıq.
- Sevgi, ya qarşılıqlı hörmət?
- Yalnız böyük sevgi qarşılıqlı hörmətə gətirir!
- Subaylıq, ya evlilik?
- Əksər vaxtlar evlilik. Amma hərdən subaylıq hissi.
- 1 uşaq, ya çox uşaq?
- Tərbiyə edə biləcək qədər uşaq.
- Qaynana, ya gəlin?
- "Qaynanalıq" etməyən qaynana, "gəlinlik" etməyən gəlin.
- Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
- Tək arvadlılıq. Bimənalı!
- Evdə qadının, ya kişinin sözü?
- Ümumi maraqlara xidmət edəcək qərar. Adətən kişi tərəfdən olduğu üçün kişi sözü.
- Muğam ya pop?
- Baxır əhval-ruhiyyəyə.
- Qadın, yoxsa kişi sürücü?
- Birmənalı olaraq kişi sürücü!
- Evdə, yoxsa restoranda romantik yemək?
- Yalnız restoranda.
- Qışda, yoxsa yayda tətil?
- Hər ikisində, bir də yazla payızda.
- Kənd, ya şəhər?
- Şəhər!
- "Bakılı oğlanlar", yoxsa "Planet parni iz Baku"?
- KVN.
- Gəncə, yoxsa Bakı?
- Qarabağ!
- Şoumen, yoxsa aktyor?
- Şoumen!
- Xəngəl, yoxsa xaş?
- Xəngəl!
- "Mərc şou", yoxsa "Maşın şou"?
- Yeni şou.
- "Kəpəz", yoxsa "Neftçi"?
- "Real Madrid".
- Yeni il, yoxsa Novruz bayramı?
- Yeni il!
- 14 fevral, yoxsa 30 iyun?
- Əsl sevənlər üçün ilin 365 günü.
- 26 iyun, yoxsa 8 mart?
- Heç biri!
- Bişirmək, ya yemək?
- Hər ikisi!
- Pəhriz ya nə gəldi yemək?
- Mədəni yox, ağlı qoşub yemək.
- Bağışlamaq, yoxsa nifrət?
- Dəyər verəni bağışlamaq, digərlərinə qisas!
- Sizin qayğınız, yoxsa sizə qayğı?
- Hər ikisi!
- Hədiyyə, yoxsa, bir söz yetər?
- Hədiyyə!
- Kitab, ya jurnal?
- İndiki zəmanədə jurnal.
- Film, yoxsa serial?
- Film.
- Teatr, ya kinoteatr?
- Tək olanda teatr, ailəvi kinoteatr!
- Sonda olum, ya ölüm?
- Olum! Yalnız olum!!!