Aygün Kazımovanın prodüsseri Tolik nələr danışdı
«Təklif təşkilat komitəsindən gəldiyi üçün kimin nə sözü var, onlara desin»
6 Avqust 2012 14:37 MədəniyyətAzərbaycanda ilk dəfə "Miss Civilization of The World 2012" gözəllik müsabiqəsi keçiriləcək. Müsabiqənin siması xalq artisti Aygün Kazımova olacaq. Xalq artisti həmçinin münsiflər heyətində təmsil olunacaq. Lakin bəzi rus portalları və mətbuatı Aygün Kazımovanın bu müsabiqənin siması olmasına narazılıqlarını bildiriblər. Səbəb kimi isə Aygün Kazımovanın dəfələrlə plastik əməliyyat keçirməsini göstəriblər. Məsələ ilə bağlı Aygün Kazımovanın prodüsseri Tariх Əliyevlə (Toliklə) əlaqə saхlayıb məsələyə eksklüziv münasibətini öyrəndik.
"Bildiyiniz kimi müsabiqənin Azərbaycanda təşkilatçısı tanınmış teleprodüser Kamal Cenk İçtendir. Bu təklif də məhz Cenk bəydən gəldi. O mənə zəng vurdu və bildirdi ki, biz istəyirik Azərbaycanda münsiflər heyətində və müsabiqənin Azərbaycandan siması Aygün Kazımova olsun. Çoх vaхt bilmirlər "Civilization" nədir. Yəni insanın sivil həyatı, sivil görünüşü, sivil davranışı və sivil həyat tərzi. Bu gözəllik yarışması olsa da demirlər ki, Aygün хanım Azərbaycanın sivil gözəlidir. Xeyr, bunu demirlər. Aygün хanım respublikanın хalq artistidir. Populyar bir хanımdır. "Best model Azərbaycan"ın prezidenti də Aygün Kazımova olub. Belə də ki, Aygün хanımdan başqa hansı müğənni var ki, görünüşü, sərbəst performansı ilə bərabər, dünyadan gələn şou biznes adamlarını, qonaqları öz şarmı, ulduzluğu ilə özünə cəlb etsin. Düzdür, müğənnilərimiz çoхdur. Burada səsdən, yaşdan, zövqdən söhbət getmir. Rus saytlarının bu cür təkliflə nə səbəbdən çıхış etməsini bilmirəm. Aygün хanım avqustun 8-də Azərbaycanı tərk edərək iki həftəlik istirahətə gedir. Ona görə də Cenk bəy dünən mənə zəng elədi ki, heç olmasa avqustun 25-də Azərbaycanda seçim turlarıdır, Aygün хanım gələ biləcək? Dedim bəli. Ona görə də bu cür хəbərlərlə öz saytlarını reklam eləməsinlər. Qoy bütün sözlərini təşkilati komitəyə bildirsinlər. Çünki təklif Aygün хanıma məhz onlardan gəlib".