Sevda “Sus Bakım”a klip çəkdirəcək VIDEO

Müğənni klipi ilə Bakını susduracaq

Müğənni Sevda Sanalıyeva bugünlərdə sevənlərinin ixtiyarına verdiyi "Sus Bakım" mahnısına klip çəkdirəcək. Bu barədə "-----"yə müğəninin yeni iş birliyinə başladığı prodüseri Rauf Sahiboğlu məlumat verdi. O bildirdi ki, yaxın günlərdə artıq çəkilişlərə başlanılacaq: "Bu mahnını Sevda çox bəyəndi deyə ifa etdi. Belə deyək də sevə-sevə ifa etdiyi mahnılardan oldu. Çoz gözəl lirik musiqisidir. Mahnı təqdim olunandan sonra dinləyicilərin də rəğbətini qazandığını gördük. Bu bizi daha da ürəkləndirdi ki, mahnıya ekran həyatı verək. Ona görə düşündük ki, gözəl Bakımızda mahnıya klip də çəkilsin. Klipdə Sevdanın tərəf müqabili sözlərə uyğun olaraq Bakı olacaq. Çünki mahnının sözlərində müraciət və şikayət Bakıya ünvanlanacaq".

Qeyd edək ki, söz və musiqisi Zülfi Bədəlova aid olan klipin rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31