Konçitanın “Eurovision” mikrofunu heç nəyimizə lazım deyil

Yarış fahişəlik və maviliyi gündəmə gətirib “tarix yazmaq” arxasındadırsa, həqiqətən, hətta ümumiyyətlə lazım deyil

Ömər Zamin

"Eurovision" mahnı müsabiqəsinin 2014-cü il mövsümü arxada qaldı. Müsabiqənin qalibi Avstriya təmsilçisi Konçita Vürst oldu. Ümumi hesabına 290 bal yığan Konçita hamını üstələdi. Yarışda Azərbaycanı təmsil edən Dilarə Kazımova isə 33 balla 22-ci yerdə qərarlaşdı. İştirak tarixində ilk dəfə Azərbaycan təmsilçisi onluqda yer ala bilmədi. "Eurovision -2014" Azərbaycan üçün digər məsələlərlə də əlamətdar oldu. Bəli, başa düşdük ki, bu yarış bizə lazım deyil. Ona görə yox ki, bu dəfəki yarışda axırıncı yerlərdə qərarlaşdıq. Ona görə ki, Avropa əsl musiqiyə yox, məhz Konçita Vürstün simasında homoseksualizmə səs verdi. Yarış musiqi adına keçirilirsə və iddiası da belədirsə, onun cığallığını edirik. "Saqqallı gözəlçə" transseksualdır. Əlbəttə ki, kimisə şəxsi həyat tərzinə görə, ittiham etmək düzgün deyil. Lakin Avropada dəyərlər tamam başqadır. Qərbdə kiminsə şəxsi həyat tərzi daha əhəmiyyətlidir, nəinki musiqi adına sərf edilən enerji. Əsəbləri tarım çəkən də budur. Nümunə: Konçitanın yarışmadan sonra Rusiya prezidenti Vladimir Putinə verdiyi cavab. Vürst mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Jurnalistlərdən biri avstraliyalı iştirakçıya belə sual verdi: "Rusiya prezidenti cinsi azlıqların hüquqlarını tanımır. Nə deyə bilərsiniz?" Konçita Vürst isə sualın cavabında bunları dedi: "Bilmirəm, o, bizə baxır, ya yox. Əgər baxırsa, eşitsin: Avropa bizə dəstək verdi. Biz qalibik!" Bəli, "saqqallı"nın dediyi kimi Avropa musiqini yox, homoseksualizmi qalib etdi. Aldığı mikrofon indi onun nəyinə lazımdırsa deyə bilmərəm, amma, saqqallı transın "Rise like a phoenix"i Dilarə Kazımovanın "Stare a fire"sindən zəif idi. Hər şey açıqlığı ilə ortada idi. Lakin Vürstə qədər biz 2011-ci ildə Ell-Nikki duetilə (Nigar və Eldar - "Running scared") "Eurovision"da sözümüzü demişik. Əsl musiqi müzakirə mövzusu olsa lazımdır, Konçitalı "Eurovision" isə bizə lazım deyil. Əgər ki, yarış fahişəlik və maviliyi gündəmə gətirib "tarix yazmaq" arxasındadırsa, həqiqətən, hətta ümumiyyətlə lazım deyil. Konçitanın qalibiyyəti və yarış sonra Putinə ünvanlı açıqlaması çoxlarını bu müsabiqədən iyrəndirdi. "Eurovision"un Vürst nümunəsi xəbərdarlıq siqnalı oldu. Azərbaycan Vürst bayağılığından fərqli olaraq, daha ciddi məsələlərin arxasındadır. Azərbaycan indi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. 2015-ci ildə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Gələcəkdə baş tutacaq Yay Olimpiya oyunları, beynəlxalq futbol yarışlarına ev sahibliyi etmək iddialısıdır. Böyük iddiadan söhbət gedirsə, "Eurovision" bayağılığı bizə lazımdırmı? Əlbəttə, yox! Məsələn, Ermənistan iddia edir ki, Azərbaycan yarışda 10 balını erməni təmsilçisi Aramın "Not alone"sinə verib. Bu nə idi? Gündəmə gəlmək. Ermənistan başa düşür ki, Azərbaycan cəmiyyətində ən sevilməyən ölkə statusuna sahibdir. Qaldı ki onun oğurluq mahnılarının dəstəkçisi ola, bu mümkün deyil. Ermənistan az qala hər il Dağlıq Qarabağ münaqişəsi və digər uydurma iddialarını "Eurovision" səhnəsinə çıxarır. Belə baxanda, bəli cənablar, Aramın "Eurovision" bizə lazım deyil. Yunanıstan, İsrail, Ermənistan kimi ölkələrin siyasi məqsədlərinin ideoloqudursa, yaxud Dima Bilan, Aleksandr Rıbak, Konçita Vürstün homoseksualizminin təbliğat maşınıdrsa, həm də Azərbaycanın musiqi ənənəsinə qiymət verməyən rüşvətxor müəllimdirsə "Eurovision" nəyimizə lazımdır? Heç nəyimizə. Nəyimizə lazımdır, Avropadakı erməni lobbisinin maliyyəsilə Azərbaycan təmsilçisinin arxasından Ermənistan bayrağını asan yarış? Nəyimizə lazım deyil...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31