Daha bir serialın baş qəhrəmanları evlənir
7 May 2014 20:20 Mədəniyyət"Kanal D"-də yayımlanan "Kiçik ağa" serialının baş rol ifaçıları -Bircə Akalay və Sarp Levendoğlu həyatda sevgilidirlər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 aya yaxındır sevgili olan cütlük avqustun 1-də sadə bir mərasimlə evlənməyə hazırlaşır. Əgər planları baş tutsa, bu, Bircə Akalayın ikinci evliliyi olacaq. Belə ki, aktrisa "Yer-göy eşq" serialında çəkilərkən tərəf müqabili Murad Ünalmışla ailə qurmuş, sonra da boşanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31