“Gəzən kitabxana” 15 rayona gedəcək
7 May 2014 18:24 MədəniyyətGənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi ən irimiqyaslı layihələrdən biri olan "Gəzən kitabxana" Azərbaycanın bütün rayonlarını gəzərək sonda Bakıya qayıdacaq. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata gförə, bu günə qədər Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Cəlilabad, Gəncə və Mingəçevirdə olan "Gəzən kitabxana" layihəsinin əsas məqsəsdi kitabları fərqli şəkildə, fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq, əhalinin maariflənməsi işinə dəstək göstərməkdir. İcrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakı şəhərində olub. "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Bakıda keçirilən beynəlxalq forumun ilk gününə təsadüf edən səyyar kitabxananın açılş lentini Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva kəsib. "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada on min kitab və on min elektron nəşr var.