Axundovun əsərləri Ukrayna dilində çap edilib
7 May 2014 18:22 MədəniyyətPrezidenti İlham Əliyevin Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyinin qeyd olunması barədə sərəncamı ilə əlaqədar görülən işlər çərçivəsində Azərbaycanın Ukraynadakı Səfirliyi dahi Azərbaycan yazıçısı və mütəfəkkirinin seçmə əsərlərini Ukrayna dilinə tərcümə edərək kitab şəklində nəşr etdirib. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, kitaba Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı barədə məqalə, dahi mütəfəkkirin şerləri, məktubları, "Aldanmış Kəvakib", "Kəmalüddövlə məktubları" və bütün dram əsərləri daxil edilib. Kitab Bakı Slavyan Universitetində müzakirə edilib və tərcüməyə müsbət rəy verilib. Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Bakı Slavyan Universitetinin o zamankı rektoru (hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri) professor Kamal Abdullayev ön söz yazıb. Kitabın tərcüməçisi Ukrayna tədqiqatçısı Vasil Belotserkovski, redaktoru Səfir Eynulla Mədətlidir.