Hadisəyə 1 saat üçün 300 min

Müğənniyə Gəncədəki konserti üçün veriləcək qonorar bəlli olub

"Gül bayramı" və Heydər Əliyevin 91 illiyi münasibəti ilə Azərbaycanda keçiriləcək konsert proqramında iştirak edəcək türkiyəli müğənni Hadisənin konsert müqabilində alacağı məbləğ məlum olub.  İfaçı Gəncədə çıxış etmək üçün 300 min lirə (112.500 manat) qonorar alacaq. O bu məbləği bir saatlıq konsert müqabilində alacaq.

Qeyd edək ki, prodüser Tolik sosial şəbəkədə ifaçının Gəncədə konsert verəcəyi haqda məlumat yaymışdı. Konsert mayın 7-də baş tutacaq.
Mustafa Cecelinin də Gəncədə keçiriləcək konsert proqramında iştirak edəcəyi gözlənilir.
Mustafa Ceceli Gəncə Şəhər İcra Hakimiyyətinin ulu öndər Heydər Əliyevin 91 illiyi və "Gül bayramı" münasibəti ilə keçirəcəyi konsertə qatılacaq. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31