Əhməd Cavad Ankarada anılıb

Ankarada Azərbaycan Tələbə Birliyi tərəfindən Türkiyənin Hacettepe Universitetində istiqlal şairimiz Əhməd Cavadın anadan olmasının 122-ci ili münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbir Türkiyə və Azərbaycanin dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbirdə azərbaycanlı araşdırmaçı yazar fəlsəfə doktoru, Azər Turan, TOBB ETÜ-nün professorları Toğrul İsmayıl və Saleh Sultansoy, Türkiyə ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak edib. Toplantıda Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub. Sonra araşdırmaçı Azər Turan qonaqlara Əhməd Cavadın həyatı və əsərləri , eyni zamanda 1937-ci ildə Stalinin əmriylə aparılan və 350 min ziyalının fiziki cəhətdən yox edilməsi ilə nəticələnən repressiya ilə əlaqədar geniş məlumat verib. Natiqlər tədbirin Azərbaycan və Türkiyə dostluğunun daha da möhkəmlənməsinə və Əhməd Cavadın həyatına və əsərlərinə marağın artmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər. Tədbirin sonunda "Cavid Ömrü" nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31