“Avroviziya-2014” Krım sakinləri səslərini Rusiyaya verə biləcək?
7 May 2014 10:58 MədəniyyətYarımada Ukraynanın ərazisi sayıldığından bu il Krım əhalisi "Avroviziya-2014" mahnı müsabiqəsində Rusiyaya səs verə bilər.
Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, müsabiqənin təşkilatçıları bildirib: "Bu, yarımadanın infrastrukturunun bağlanacağı ölkənin şəbəkəsindən asılıdır. Əgər Rusiyaya bağlanarsa, onda səslər Rusiyaya, Ukraynaya bağlansa, o zaman ukraynalıların hesabına sayılacaq".Hazırda yarımadada Rusiyanın rabitə operatorları işləmir. Bu xidməti Ukraynanın "Kiyevstar", "MTS-Ukraina", "Ukrtelekom" və "Life" operatorları həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31