"Eurovision-2014": Azərbaycan finalda! - YENİLƏNİB
7 May 2014 10:50 MədəniyyətFinalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Səhnədə çıxış edərkən yalnız ifa və performansım haqqında düşünürəm.
AzərTAc-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova yarımfinaldan dərhal sonra keçirilən mətbuat konfransında söyləmişdir.
Jurnalistlərin təmsilçimizə ünvanladığı "Mayın 10-da Avropanın öz alovunu sizinlə bərabər işıqlandıracağını düşünürsünüzmü"? - sualını cavablandıraraq Dilarə Kazımova demişdir: "Hər kəsə təşəkkür edirəm, çox sağolun. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Möhtəşəm şou göstərmək arzusundayam. Komandamızın üzərində çalışdığı performans alındı".
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. İnsanlar bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.
Ölkəmizin bu mötəbər yarışmadakı təmsilçisi Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor və xoreoqraf Osa Enqman və yapon əsilli polşalı xoreoqraf Petr Torazava Giro, mahnının bəstəkarı Stefan Örndür.