Dilarə Kazımova finala çıxdı VIDEO

O, “Start a fire” mahnısını ifa edib

Azərbaycanın "Eurovision 2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın birinci yarımfinal mərhələsində səkkizinci nömrə altında çıxış edib.ANS PRESS-in məlumatına görə, Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını ifa edib.Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. İnsanların bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.Xatırladaq ki, Dilarə Kazımova İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan "Böyük səhnə" layihəsinin qalibi olub və ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31