Azərbaycanlı müğənni Bodrumda saçyolduya çıxdı
"Mən həmin şəxsin həyat yoldaşı ilə dava etdim".
4 Avqust 2012 17:52 MədəniyyətXəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Ayan Babakişiyeva isti yay günlərini Bodrumda istirahət etməklə keçirir. Lakin müğənninin orada da başına iş gəlib. Bodrumdan telefon açaraq SİA-ya açıqlama verən Ayan baş verən olayın təfərrüatlarını açıqlayıb. Məlum oldu ki, müğənni orda əlbəyaxa davaya çıxıb. Buna səbəb isə Ayanın vətənpərvərliyi olub. Baş verən hadisəni elə müğənninin dilindən yazırıq:"Hər gün keçirilən ənənəvi əyləncəli gecədə idik. Mən də yaddaş kartımın içərisində olan Azərbaycan mahnılarını DJ-ə təqdim etdim. Kartda Aygün Kazımova və digər müğənnilərimizin mahnıları var idi. Yenicə rəqs etməyə başlamışdıq ki, eyni məkanda olan həmyerlilərimiz öz narazılıqlarını bildirdilər. 50 yaşını qeyd edən azərbaycanlı kişi öz qohumları ilə birgə bizim yerli mahnılarımızı deyil, xarici mahnılar istədilər. Bu isə mənim xoşuma gəlmədi. Yaxınlaşıb "Axı siz azərbaycanlısınız" dedim və niyə bizim mahnılarımıza qarşı narazılıq etdiklərini soruşdum. Onların cavabı isə məni çaşdırdı. "Bizə Azərbaycan mahnıları lazım deyil" deyərək bundan daha betər təhqirlər etməyə başladılar. Mən də, öz növbəmdə, dözmədim. Kiçik mübahisə ilə başlayan söhbət saçyoldu ilə nəticələndi. Mən həmin şəxsin həyat yoldaşı ilə dava etdim".Az qala yumruq davasına çıxan müğənni əlavə etdi ki, söz-söhbət otelin rəhbərliyinə qədər gedib çıxıb. Bu gün isə Ayan qarşı tərəflə görüşüb: "Otelin rəhbərliyi bizi görüşdürdü. Mən bir daha ürək sözlərimi dedim. Bu söhbəti belə qoymayacam. Heç nə mənə bu qədər təsir etməmişdi".
Milli.Az