“İsa Muğanna həftəsi”ndə kitab da paylanacaq
6 May 2014 13:54 Mədəniyyət"Hədəf Nəşrləri" yazıçı İsa Muğannanın (Hüseynov) xatirəsinə mayın 5-11 tarixlərində "İsa Muğanna həftəsi" elan edib. Tədbir "Kitabevim.az" kitab mağazalar şəbəkəsi ilə birlikdə keçirilir. "Kitabevim.az"-dan aldığımız məlumata görə, oxucular bu həftə mərhum yazıçı İsa Muğannanın "Hədəf Nəşrləri"ndə nəşr edilmiş bütün kitablarını "Kitabevim.az" kitab mağazalar şəbəkəsindən 30 faiz endirimlə əldə edə biləcək. Eyni zamanda yazıçı dünyasını dəyişdikdən sonra haqqında yazılan nekroloqların və ədəbi-bədii yazıların yer aldığı "Ölümdən sonrakı həyat" kitabı mərhumun qırx mərasimində və "Kitabevim.az" kitab marketində oxuculara pulsuz paylanacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31