Bu gün milyonluq rəsmlər satışa çıxarılacaq
Nyu-Yorkda “İmpressionizm və modernizm incəsənəti” hərracı keçiriləcək
6 May 2014 12:08 MədəniyyətBu gün Nyu-Yorkda "İmpressionizm və modernizm incəsənəti" hərracı keçiriləcək. "Christie's" hərrac evində təşkil ediləcək hərracda XIX və XX əsrlərdə yaşayıb-yaratmış Pikasso, Mone, Kandinski, Cakometti kimi rəssamların 54 əsəri satışa çıxarılacaq.
Əsərlərin ümumi qiyməti 245 milyon dollar təşkil edir. Ən bahalı Pablo Pikassonun "Dora Maar" əsəri 25-35 milyon dollar, Klod Monenin "Səhənglər" 25-35 milyon, Coan Mironun "Le Serpent a Coquelico" 12-18 milyon dollara satışa çıxacaq. Satışa çıxarılacaq bütün əsərlər şəxsi kolleksiyalardan toplanıb.
Viktor və Merienn Lanqen Pikassonun bir neçə əsərindən, Kandinski, Brak və Dalinin, mesenat Edqar Bronfman və Edqar Deqanın əsərlərindən məhrum olub. ans