Əhməd Cavadın məşhur əsəri ermənilərin adına çıxarıldı

Türkiyə hökuməti erməni ozan Sayat Novanın əsərlərini nəşr etdirir

Region  Türkiyə hökuməti erməni ozan Sayat Novanın əsərlərini nəşr etdirməyə hazırlaşır.ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, Novanın əsərləri bir topluda yığılaraq eyni kitabda həm türkcə, həm də ermənicə nəşr olunacaq.Kitabın bu ilin iyun ayında satışa çıxarılması planlaşdırılır.Qəribədir ki, bu barədə xəbəri yayan Türkiyə mənbələri böyük Azərbaycan şairi, Azərbaycan dövlət himnini yazan Əhməd Cavada aid "Çırpınırdı Qaradəniz" şeirini də Sayat Novanın əsərləri arasında göstərib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31