“Avroviziya”da son proqnoz: Azərbaycan 8-cidir
5 May 2014 17:58 MədəniyyətBöyük Britaniyanın bukmeker şirkəti "Uilyam Hill" kontorunun proqnozuna əsasən, bu həftə Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək "Avroviziya 2014" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova 8-ci yeri tutmağa şanslıdır. Ermənistan təmsilçisi Aram Sərkisyan isə müsabiqənin birincisi hesab olunur.
"Media forum" saytı bildirir ki, proqnoza görə, ilk onluq belə sıralanıb:
1. Ermənistan - Aram Sərkisyan
2. İsveç - Sanna Nilsen
3. Danimarka - Basim
4. Norveç - Karl Espen Turbyornsen
5-6. Britaniya - Molli; Ukrayna - Mariya Yaremçuk
7. Macarıstan - Andras Kallay Sonders
8. Azərbaycan - Dilarə Kazımova
9. Rumıniya - Paula Selinq və Ovi Martin dueti.
10. Belçika - Aksel İrsu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31