Röya Ayxanla Rəhim Rəhimlinin konsertinin vaxtı dəyişdi
3 Avqust 2012 19:20 Mədəniyyət.."OLAYLAR"ın ..məlumatına görə Azərbaycan şou-biznesinin iki ulduzu Röya Ayxanla, Rəhim Rəhimlinin avqustun 11-də Zaqatala rayonunda baş tutacağı "R&R şou"adlı konsert proqramından vaxt dəyişikliyi olub. Əməkdaşımıza verdiyi açıqlamasında Röyanın prodüseri Kənan Bayramov bunun səbəblərini belə izah etdi: "Zaqatalada təşkil olunacaq konsertin proqramı olduğu kimi qalır, sadəcə təşkilatı işləri daha mükəmməl görməkdən öğtrü vaxtını bir gün sonraya keçirdik. Ümidvarıq ki, hər şey gözlədiyimizdən də uğurlu keçəcək". Kənan onu da əlavə etdi ki, həmin tarixdə bu rayonda ənənəvi fındıq yığımı günləri başlayacaq. Keçirilən sorğu əsasında zaqatalalıların əksəriyyəti məhsul bayramında məhz zəhmətkeş ulduzlar Rəhim Rəhimli və Röya Ayxanın konsert vermələrini istəyiblər. Müğənnilərin bu səfərini pərəstişkarları ilə növbəti görüşləri də adlandırmaq olar.