“Mənim və övladımın adını çəksən, məhkəmədə görüşəcəyik”
Rəqqasə Niğar Köksaldan xalq artisti Bilal Əliyevin bacısı oğluna mesaj
5 May 2014 15:08 MədəniyyətRəqqasə Niğar Köksal əsəbləri tarıma çəkilmiş vəziyyətdə ürəyini "OLAYLAR"a boşaltdı: "Son zamanlar xalq artisti Bilal Əliyevin bacısı oğlu Bəxtiyar Bilal bəzi açıqlamarı ilə mənim ünvanıma müxtəlif fikirlər yağdırıb. Onların bir neçəsinə sizin mətbu orqan vasitəsilə aydınlıq gətirmək istəyirəm. Mənim Bəxtiyar Bilalla iş birliyim olub. El məclislərində bir yerdə çıxışlar etmişik. Bəxtiyar bizim aramızda sevgi yaşandığını söyləyib. Hətta mənim övladlarımı hər səhər məktəbə apardığını bildirib. Sən özün dediyin kimi ailəli insansan, ailənlə birgə yaşayırsan. Sən mənim övladlarımı sübh tezdən necə məktəbə apara bilərsən əgər sənin maşının yoxdursa?..
Mənə görə, Bəxtiyar, özünü reklam etdirmə. Bir də mənim və övladlarımın adını çəksən, məhkəmədə görüşəcəyik. Qərarım daha sərt olacaq. Başın bədəninə ağırlıq etməsin. Vaxtı ilə mən xalq artisti Bilal Əliyevin dediyi sözlərə qulaq asmadım. Ona görə bu gün Bilal Əliyevdən üzr istəyirəm. Əgər sənin sənətin olsaydı, dayın sənə dəstək olardı. Mən səni toylara aparıb çörək verməzdim. Sən deyirsən ki, biz şərikinə işləmişik. Yalanlarından əl çək. Son dəfə xəbərdarlıq edirəm. Əgər bir daha mənə qarşı çaşsan, heç bir güzəştə getməyəcəyəm".
Gəlin, sənət aləmində elə addımlar ataq ki, vaxtında ətrafımızdakıları tanıyaq. Məhkəmələrdə görüşməyək. Bir də insanların hissləri ilə oynamayaq ("OLAYLAR").