Prezident İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31