Cennifer Lopesdən şok açıqlama: "Tanrı məni öldürsə də..."
2 May 2014 20:26 MədəniyyətDünyanın ən məşhur aktrisa və müğənnilərindən biri Cennifer Lopes indiyədək plastik cərrahiyyə əməliyyatlarına məruz qalmadığını söyləyib. Onun sözlərinə görə, bundan sonra da belə əməliyyatlardan yararlanmaq niyyətində deyil. TMZ bildirir ki, iyun ayında yeni sinqli çıxacaq "Cey Lo"nun dediyinə görə, ilin sonunadək yeni albomu satışda olacaq.
"Plastik cərrahiyyə vasitəsilə gözəlləşmək fikrim yoxdur. Tanrı məni öldürsə də, belə qərara gəlmərəm. Vücudum pəhriz və məşqlərin sayəsində formada qalır. Sürəkli məşq edir, bədənimi izafi çəkidən qorumağa çalışıram", - Cennifer Lopes bu gün "2dayFM" radiostansiyasına verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, NBC telekanalında nümayiş olunacaq "Shades of Blue" teleserialına çəkilməyə başlayıb. milli.az