Məşhur müğənniyə rekord təklif
2 May 2014 20:40 MədəniyyətTürkiyəli müğənni və aktyorluq edən Özcan Dənizə yeni serial üçün rekord məbləğdə təklif irəli sürülüb. Tanınmış türk müğənnisi, aktyor və çəkdiyi filmlərdə ssenaristlik edən özcan Dənizə yeni rol üçün böyük məbləğ təklif edilib. "Karagül" serialında Ece uslu və Yavuz Bingöllə baş rolları canlandıranlardan biri olan Özcan Dəniz yeni seralda aldığı təklifdən sonra "Karagül"lə yollarını ayırmalı olub. Müğənni-aktyor iki həftə əvvəl "Kaderimin yazıldığı gün" adlı serialda hər bölüm üçün 96 min türk lirəsinə razılığa gəlib. (ans)
Özcan Dənizin serialda tərəf müqabilinin Yılmaz Ərdoğanın həyat yoldaşı, tanınmış aktrisa Belçim Bilginin olacağı deyilir.
Özcan dənizdən başqa digər aktyorların seriallarda aldıqları qonorar belədir:
Necati Şaşmaz: 80 min TL
Kıvanç Tatlıtuğ : 70 min TL
Halit Ergenç: 60 min TL
Kənan İmirzalıoğlu : 60 min TL
Erkan Pətəkkaya : 55 min TL
Burak Özçivit : 30 min TL
Okan Yalabık : 25 min TL